Avropa İttifaqının medikamentlərin tənzimləyicisi orqanı koronavirisun müalicəsi üçün yeni dərmanları təsdiq etdi
Avropa İttifaqının medikamentlərin tənzimləyicisi orqanı koronavirisun müalicəsi üçün yeni dərmanları təsdiq etdi

Avropa İttifaqının medikamentlərin tənzimləyicisi orqanı koronavirisun müalicəsi üçün yeni dərmanları təsdiq etdi.

Məlumatı “Doyçe Velle” agentıliyi yayır.

Avropa Dərman Agentliyi “ksevud”, “kineret” və koronavirusun müalicəsi üçün “fayzer” tərəfindən yaradılan həbləri təxirə salınmaz istifadə üçün təsdiq etdi.

Avropa İttifaqının agentliyinin bəyanatında deyilirki, Britaniyanın “GlaxoSmithKline” farmasevt şirkəti və Amerikanın “Vir Biotechnology” firması tərəfindən hazırlanmış “ksevud” monoklonal antigen preparatı koronavirus infeksiyası olan xəstələrin xəstəxanaya yerləşdirilməsini və ölüm hallarını əhəmiyyətli dərəcədə azaldır.

Agentliyin məlumatına görə, İsveçin “Orphan Biovitrum” şirkəti tərəfindən hazırlanmış “kineret” preparatı aşağı tənəffüs yollarının zədələnməsini azaldır və xəstələrdə kəskin tənəffüs çatışmazlığının inkişafının qarşısını almağa kömək edir.

Avropa İttifaqının medikamentlərin tənzimləyicisi orqanı həmçinin “fayzer” tərəfindən koronavirusun müalicəsi üçün yaradılmış həbləri də təxirə salınmz istifadə üçün təsdiq etdi. Agentliyin bəyanatında qeyd olunub ki, “fayzer” əlavə oksigenə ehtiyacı olmayan və xəstəliyin irəliləməsi riski altında olan koronavirus infeksiyası olan yetkinləri müalicə etmək üçün istifadə edilə bilər.

Agentlik tərəfindən avtorizasiya olunmuş medikamentləri son olaraq Avropa Komissiyası təsdiq etməlidir.  Cəmi Agentlik tərəfindən koronaviorusun müalicəsi üçün altı medikament avtorizasiya olunub.