Avropa İttifaqının liderləri koronavirus nəticəsində zərər görən üzv ölkələrə yardım planını təsdiqlədilər
Avropa İttifaqının liderləri koronavirus pandemiyası nəticəsində zərər görən üzv ölkələrə yardım planını təsdiqlədilər.
Bugün keçirilən mətbuat konfransında Avropa İttifaqı ölkələrin liderləri iqtisadiyyatın bərpası fondunun yaradılması haqqında razılaşdılar, hansı ki, təşkilatın yeddi illik büdcəsi ilə bağlı olacaq.
Avropa İttifaqının Şurası Avrokomisiyaya fondun detalları üzərində işləməyi tapşırdı.
Avrokomisiya layihəyi mayın 6-da təqdim edəcək.
Avrokomisiyanın prezidenti Ursula Fon Der Lainenin bəyanatına görə, fond bir trilyon avronın mobilizasiyasını nəzərdə tutur.
Bununla yanaşı, koronavirus pandemiyası nəticəsində zərər görən iqtisadiyyatlara yardım üçün ayrılan 540 milyard avroluq maliyyə paketi iyunun 1-dən qüvvəyə minəcək.