Avropa İttifaqının liderləri emiqrasiya siyasəti haqqında razılığa nail ola bilmədilər
Brüsseldə keçirilən sammitin iştirakçıları miqrasiya məsələləri ilə bağlı tərəqqiyə nail ola bilmədilər.
“Qeyd olunan məsələ ilə bağlı, mənim mövqeyim dəyişməyib” – dedi Almaniyanın kansleri angela Merkel.
Onun dediyinə görə, Avropalı siyasətçilərin qabağında ciddi problem var və bu problem 2018-ci iln iyun ayına qədər həll olunmalıdır.
Angela Merkel bəyan edir ki, Almaniya üçün “selektiv (seçici) həmrəylik” qeyri-məqbuldur.
Avropa İttifaqının sədri Donald Tusk kvota sistemini qeyri-effektiv və narazılığa səbəb olan sistem adlandırdı və bununla, komissiya tərəfindən tənqid obyekti oldu.
Tuskun bəyan etdiyinə görə, Avropa İttifaqında, miqrantlar məsələsi ilə bağlı fikir ayrılıqalrına görə, şərq və qərb arasında parçalanma yarandı.
Miqrasiya Məsələləri üzrə Avropa komisarı Dimitri Avramopulos Donald Tuskun bəyanatlarını Anti-Avropalı adlandırdı.