Gürcüstanın Penitensiar Müəssisələr və Probasiya naziri Kaxa Kaxişvili və İnsan Haqqlarının qorunması məsələlərində Avropa ittifaqının xüsusi nümaydəsi Stavros Lambrinidis arasında Brüsseldə görüş keçirildi.
Penitensiar Müəssisələr və Probasiya Nazirlinin mətbuat xidmətinin məlumatı ilə, görüşdə nazir, Avropa İttifaqının xüsusi nümayəndəsi ilə məsləhəti ixracata yönəldən insan haqqlarının qorunması məsələləri ilə əlaqədar detallı şəkildə islahat haqqında məlumat verdi.
Avropa ittifaqının xüsusi nümaydəsinin dediyinə əsasən, Gürcüstan, penitensiar sistemdə islahatların keçirilməsi istiqamətində nümunə ölkədir.
“Bu günki görüş çox uğurlu idi, Tbilisidən yeni qayıtdım və Gürcüstan, penitensiar sistemdə islahatların keçirilməsi istiqamətində nümunə ölkədir. Mümkündür ki, tam olaraq buna görə o, digər ölkələr üçün ilham və uğur nümunəsi olsun”, – Lambrinidis bildirdi.
Onun dediyinə əsasən, Gürcüstanın Avropa İttifaqının insan hüquqlarının qorunması təşəbbüsündə iştirakı önəmlidir, çünki bu digər ölkələrə imkan verəcək ki, Gürcüstanı nümunə götürüb, uğurlu islahatlar keçirsinlər.
Penitensiar Müəssisələr və Probasiya naziri Kaxa Kaxişvilinin dediyinə əsasən, Avropa İttifaqının nümayəndəsi tərəfindən yayımlanmış hesabatda, nailiyyətlərən biri Gürcüstanın penitensiar sistemində keçirdiyi islahatlar sayılır.
“Cənab Lambrinidislə çox yaxşı görüşümüz var idi o, ən uğurlu penitensiar islahatın BMT-nin baş assambleyasının 73-cü sessiya debatları çərçivəsində keçirilməsini müraciət etdi. İslahat bizə imkan verəcək ki, beynəlxalq cəmiyyətə, qısa bir zamanda uğurlu islahatın necə keçirildiyi barəsində məlumat verək”, – Kaxa Kaxişvili bildirdi.
Penitensiar Müəssisələr və Probasiya Nazirlinin mətbuat xidmətinin məlumatına əsasən, görüşdə gələcək planlara, eləcə də, penitensiar sistemdə mövcud çağırışlara diqqət yetirildi.