Avropa İttifaqının İqlim Dəyişikliyi Xidmətinin göstəricilərinə əsasən, iyunda qlobal temperatur rekord dərəcədə yüksək olub
Avropa İttifaqının İqlim Dəyişikliyi Xidmətinin göstəricilərinə əsasən, iyunda qlobal temperatur rekord dərəcədə yüksək olub

 
Avropa İttifaqının İqlim Dəyişikliyi Xidmətinin məlumatına əsasən, iyunda da qlobal temperatur rekord dərəcədə yüksək olub.

Kopernikin göstəricilərinə əsasən, iyun yer kürəsində ardıcıl 13-cü ən isti aydır və havanın temperaturunun sənayedən əvvəlki dövrlə müqayisədə 1,5 dərəcə isti olduğu ardıcıl 12-ci aydır.

Kopernikə əsasən, 2024-cü ilin iyun ayında yer kürəsində ortalama temperatur 62 dərəcə “Fahrenheit” olub ki, bu da 30 ilin orta göstəricidən 1,2 dərəcə yüksəkdir.

“Bu, Paris razılaşması ilə müəyyən edilmiş çox mühüm həddə yaxınlaşdığımız haqda xəbərdarlıqdır”- Kopernik Mərkəzində bildirirlər.

“Bu, statistik qəribəlikdən daha çox şeydir və iqlimin daim dəyişməsini vurğulayır”- Kopernikin direktoru Karlo Buontempo bildirdi.