Avropa İttifaqının Gürcüstandakı Nümayəndəliyi - Şovidə dağıdıcı sürüşmə nəticəsində faciəvi şəkildə həlak olanların ailələrinə və yaxınlarına başsağlığı veririk
Avropa İttifaqının Gürcüstandakı Nümayəndəliyi - Şovidə dağıdıcı sürüşmə nəticəsində faciəvi şəkildə həlak olanların ailələrinə və yaxınlarına başsağlığı veririk

Avropa İttifaqının Nümayəndəliyi Şovidə dağıdıcı sürüşmə nəticəsində faciəvi şəkildə həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verir. Bu barədə Avropa İttifaqının Gürcüstandakı Nümayəndəliyinin sosial şəbəkədə yaydığı bəyanatda deyilir.

“Avropa İttifaqının Gürcüstandakı nümayəndə heyəti Şovidə dağıdıcı sürüşmə nəticəsində faciəvi şəkildə həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verir. Biz davam edən xilasetmə və təxliyyə əməliyyatını yaxından izləyirik, ümid edirik ki, itkin düşən və fəlakət zonasında qalmış insanlar sağ-salamat evlərinə qayıdacaqlar”, – Avropa İttifaqının nümayəndə heyətinin bəyanatında deyilir.