Avropa İttifaqının Gürcüstandakı Monitorinq Missiyasının rəhbəri vəzifəsinin icrasına başlayıb
Aİ-nin Gürcüstandakı Monitorinq Missiyasının yeni rəhbəri Dimitrios Karabalis vəzifəsinin icrasına başlayıb.
“Avropa İttifaqının Monitorinq Missiyasında işləməyə başladığım üçün çox xoşbəxtəm və həyəcanlıyam. Bu il missiya Gürcüstanda 15 illiyini qeyd edir. Lakin, müşahidəçilərimiz Gürcüstanda və daha geniş regionda sabitliyi təşviq etmək olan missiyanın məqsədinə çatması üçün birinci gün olduğu kimi həvəslidirlər. Belə həvəsli komandaya rəhbərlik etmək mənim üçün şərəfdir və onların tez-tez mürəkkəb şəraitdə öz işlərini davam etdirmələri üçün hər şeyi edəcəyəm” -deyə Aİ Monitorinq Missiyasının rəhbəri açıqlayıb.
Aİ-nin Gürcüstandakı nümayəndəliyindən verilən məlumatda Avropa İttifaqı Şurasının 2023-cü ilin yanvarın 31-də yunan diplomatı təyin etdiyi deyilir. Dimitrios Karabalis Aİ-nin Monitorinq Missiyasına təyin olunmazdan əvvəl Yunanıstan Xarici İşlər Nazirliyinin Rusiya, Ukrayna, Moldova, Cənubi Qafqaz və Mərkəzi Asiya Məsələləri üzrə direktoru olub. Karabalis Gürcüstanda birinci vəzifəsini 2017-2021-ci illərdə Yunanıstanın səfiri kimi yerinə yetirib.