Avropa İttifaqının qeyri-üzv ölkələrinin vətəndaşları üçün Almaniyada leqal şəkildə işlə təmin edilmə imkanları asanlaşdırılacaq
Almaniyada leqal şəkildə işlə təmin edilmə prosedurları gələn ildən Avropa İttifaqının qeyri-üz ölkələrinin vətəndaşları üçün asanlaşdırılacaq. Bu barədə məlumatı “Doiçe Velle” yayır.
Məqalədə qeyd olunur ki, emiqrasiya qanunu 2020-ci ilin yaz aylarında qüvvəyə minəcək.
Yeni requlyasiyalarla, xarici mütəxəssislər Almaniyada leqal şəkildə işləyə biləcəklər.
Yəni, Ali Təhsili və yaxud professiyonal təhsili olanlar Almaniyada işləyə biləcəklər.
“Doiçe Velle”-nin məlumatına görə, xarici ölkə tərəfindən verilən diplomların Almaniyada qəbul edilmə prosedurları asanlaşdırılacaq.
Almaniyada mövcud olan vakansiyaları xüsusi veb-portalda görmək olar, ancaq, Almaniyada işləmək üçün alman dilini bilmək şərtdir.
İş bazarının tədqiqat institutunun məlumatına görə, 2019-cu ilin üçüncü kvartalında Almaniyada 1,36 milyon vakansiya var idi və onları sadəcə Almaniya vətəndaşları ilə doldurmaq mümkün olmadı.
“Doiçe Velle” yazır ki, ən böyük ehtiyac riyaziyyat, informatika, texnika, inşaat sektoru və tibb sahələrinin mütəxəssislərinə var.
Həmçinin, yaşlı və uşaq baxıcıları da Almaniyada defisitdir.
Mehmanxana və restoran bizneslərində də vakansiyalar var.
Keçən il Avropa İttifaqının qeyri-üzv ölkələrindən, Almaniyaya işləmək üçün 60 000 nəfər getdi.