Avropa İttifaqının 12 tövsiyyəsi ilə əlaqədar parlamentdə konsultasiyalar keçirilir
Avropa İttifaqının 12 tövsiyyəsi ilə əlaqədar parlamentdə konsultasiyalar keçirilir

 

Avropa İttifaqının 12 tövsiyyəsi ilə əlaqədar parlamentdə bu dəqiqələrdə konsultasiyalar keçirilir.

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüş keçirilir. Görüşdə müxalifətdən bir neçə partiya, o cümlədən “Qirçi”, “Vətəndaşlar”, “Gürcüstan Naminə” partiyası və müxalif deputat Xatuna Samnidze iştirak edir.

Hakim komandadan görüşdə Anri Oxanaşvili və Mixeil Sarcveladze iştirak edirlər.

Şalva Papuaşvili ilə keçirilən görüş çərçivəsində əsas müzakirə mövzusu rekomendasiyaların ilk bəndi, ölkədəki depolarizasiya ilə bağlıdır. Bugünkü iclasda ölkədəki depolarizasiyanı kimin necə görməsini müzakirə edəcəklər.