Avropa İttifaqında, yarım fabrikat ətində, hazırlanması üçün istifadə olunan fosfatlara görə, dönərin qadağan olunmasını tələb edirlər.
Avropalı alimlərin bir hissəsi, bu maddənin ürək-damar xəstəliyinə səbəb olduğunu iddia edir. Avropa Parlamentinin üzvlərinin bir hissəsi bu fikirlə bölüşür və fosfatların istifadəsinə dair məhdudiyyətlər tələb edir. Bu isə deməkdir ki, Avropada tezliklə bir çox dönər hazırlanan yerin bağlanması mümkündür. Çünki, aşbazlar deyirlər ki, bu elementsiz ət quruyacaq və dağılacaqdır.
“Dönərin” sahibləri Avropa Parlamentinin üzvlərini “irqi ayrı-seçkilikdə” ittiham edirlər. Onların sübut etdiyinə görə, əgər fosfatın istfadəsinə sosisdə icazə veriləcəkdirsə, bu deməkdir ki, məhdudiyyət yalnız dönərə görədir, çünki onu əksər hallarda türklər hazırlayırlar.
Avropa Parlamentinin üzvlərinin bir hissəsi isə buna qarşı çıxır. Onların dediyinə görə, məhdidiyyət nəticəsində minlərlə insan işsiz qalacaqdır.
Statistik göstəricilərə görə, hər il Avropa İttifaqı vətəndaşları təxminən 500 ton dönər yeyir. Bu məhsulun 79 faizini Almaniyada hazırlayırlar.