Avropa İttifaqı Yunanistanda olan miqrantlara vətənlərinə qayıtmaq üçün 2 min avro təklif edir
Avropa İttifaqı Yunanistanda olan miqrantlara vətənlərinə qayıtmaq üçün 2 min avro təklif edir

Avropa İttifaqı Yunanistanda olan miqrantlara vətənlərinə qayıtmaq üçün 2 min avro təklif edir.

Bu haqda məlumatı BBC yyaır.

Böyük Britaniyanın İctimai Yayımçısının məlumatına görə, bu təklif sadəcə 5 min miqranta və Yunanistana yanvarın 1-nə qədər gedənlərə aiddir.

Avropa İttifaqında bəyan edirlər ki, miqrantların könüllü qayıtmaları Yunanistanın həddindən artıq dolmuş düşərgələrindəki ağır vəziyyəti biraz yüngülləşdirəcək.

Türkiyə tərəfindən miqrantlar üçün sərhədin açılmasından sonra, Yunanistana son bir neçə həftə ərzində minlərlə miqrant getdi. Onların əksəriyyəti qadınlar və uşaqlardır.

Miqrantların artması isə, Yunanistandaki miqrant düşərgələrindəki vəziyyəti çox çətinləşdirdi.

Həmin düşərgələrdə. miqrantların yeni axını gələnə qədər də 42 min nəfər yaşayırdı. İndi isə, onlar artıq düşərgələrə sığmırlar.

Miqrantların böyük hissəsi Suriyədən, Əfqanistandan və Pakistandan gəlib.