Avropa İttifaqı Ukraynanın yük daşımalar üzrə vizasız gediş-gəliş rejiminin müddətini bir il uzadıb
Avropa İttifaqı Ukraynanın yük daşımalar üzrə vizasız gediş-gəliş rejiminin müddətini bir il uzadıb

 
Avropa İttifaqı yük daşımalar üzrə viza rejiminin liberallaşdırılması sazişinin müddətini Ukrayna üçün daha bir il uzadıb.

Tərəflər yenilənmiş sazişi bu gün Brüsseldə imzalayıblar.

Müqavilə 2025-ci ilin iyunun 20-dək qüvvədə olacaq və onun müddəti ilin sonuna qədər uzadıla bilər.

Yenilənmiş sənəd həm ukraynalı, həm də avropalı daşıyıcılar üçün bir sıra öhdəlikləri də özündə ehtiva edir. Konkret olaraq, sürücülərin daşıma lisenziyası olmalıdır, yük avtomobilləri isə xüsusi nişanla işarələnməlidir.