Avropa İttifaqı Şurası rus təbliğatına qarşı sanksiyaların tətbiqinə razılaşıb
Avropa İttifaqı Şurası rus təbliğatına qarşı sanksiyaların tətbiqinə razılaşıb

 
Avropa İttifaqı Şurası rus təbliğatına qarşı sanksiyaların tətbiqinə razılaşıb.

Brüsseldə keçirilən görüşdə Avropa İttifaqına üzv ölkələrin səfirləri rusiyayönümlü “Voice of Europe” internet portalının, eləcə də Rusiyanın üç media orqanının –”RIA Novosti” dövlət agentliyi, “Rossiyskaya Gazeta” və “Izvestija”nın Avropa İttifaqının ərazisində fəaliyyətinin qadağan edilməsi barədə razılığa gəliblər. Avropa İttifaqı bu media vasitələrini rus təbliğatını yaymaqda ittiham edir. Bundan sonra sanksiyalar rəsmi olaraq yazılı şəkildə təsdiqlənməlidir.

Məlumat üçün bildirək ki, Avropada rus təbliğatı ilə bağlı qalmaqal Çexiya hökumətinin mart ayında verdiyi bəyanatdan sonra başlayıb. Hökumətin bəyanatına əsasən, onlar Avropada rus narativini yayan və bunun üçün avropalı siyasətçilərə pul ödəyən Rusiya tərəfindən maliyyələşdirilən təsir şəbəkəsini üzə çıxarıblar.

Bundan əvvəl “Politico” “Voice of Europe” internet portalı ilə əməkdaşlıq edən 16 deputatın adını sadalayıb. Onların arasında alman avropalı parlamentari Maksimilian Krah və Bundestaqın üzvü Petr Bistron da var.

Belçikanın Baş naziri Aleksandr de Kor, Rusiyanın Avropa Parlamentinin üzvlərinə rus təbliğat mesajlarını yaymaq üçün pul ödədiyini açıq şəkildə bəyan edib. Bu ittiham hələ də sübutlarla təsdiqini tapmayıb. Eyni iş üzrə Polşada aparılan axtarış nəticəsində 48 500 avro və 36 000 dollar götürülüb.