Avropa İttifaqı Şurası 2023-2024-cü illərin prioritetlərini dərc edib- Ukrayna, Moldova və Gürcüstan vətəndaşlarının gələcəyi Avropa İttifaqındadır
Avropa İttifaqı Şurası 2023-2024-cü illərin prioritetlərini dərc edib- Ukrayna, Moldova və Gürcüstan vətəndaşlarının gələcəyi Avropa İttifaqındadır

 

Avropa İttifaqı Şurası 2023-2024-cü illərdə Avropa Şurası ilə əməkdaşlığın Aİ sayağı prioritetlərini dərc edib.

“Aİ-yə üzvlük perspektivi Avropa Şurasının gücləndirməkdə davam etdiyi Avropada sabitliyin vacib amilidir. 2022-ci ilin iyunun 23-də Avropa Şurası Ukrayna, Moldova və Gürcüstanın Avropa perspektivini tanıdı. Bu ölkələrin və onların vətəndaşlarının gələcəyi Avropa İttifaqındadır. Bu, bu ölkələrdə və daha geniş regionda insan hüquqları, demokratiya və qanunun aliliyi baxımından tərəqqinin davamına yeni təkan verir”-deyə Avropa İttifaqı Şurası tərəfindən dərc olunmuş sənəddə deyilir.

Aİ həmçinin Qərbi Balkanlar və Şərq Tərəfdaşlığı ölkələrində islahatlar prosesinin gedişatında Avropa standartlarına uyğunluğun dəstəklənməsi və mühüm institutların gücləndirilməsində Avropa Şurasının vacib rolunu tanıyır.

“Avropa İttifaqı və Avropa Şurası Aİ-yə namizəd ölkələrə və potensial namizədlərə ümumi islahat prosesində Aİ-yə üzvlük meyarlarına cavab vermək istiqamətində nəzərəçarpacaq irəliləyiş əldə etməkdə kömək etmək üçün birgə işləməyə davam edəcək. Genişlənmə və qonşuluq regionları üzrə ümumi proqramlarımız insan hüquqları, demokratiya və qanunun aliliyi sahəsində islahatlar səylərini dəstəkləməyə davam edəcək”-deyə Avropa İttifaqı Şurasının veb səhifəsində qeyd olunub.