Avropa İttifaqı Rusiyaya qarşı tədbiq olunan sanksiyaları elan edib
Avropa İttifaqı Rusiyaya qarşı tədbiq olunan sanksiyaları elan edib. Sanksiyalar maliyyə, energetika, nəqliyyat sahəsinə, eləcə də viza sahəsinə elan edildi.
“Sanksiyalar Rusiyanın iqtisadi və siyasi elitasına maksimum təsir göstərəcək. Biz Kremlə cavab verdirəcəyik”, – Avropa Komissiyasının sədri, Ursula von der Leyen bəyan etdi.
Elə onun sözlərinə görə, sanksiyalar Rusiyanın bank bazarının 70%-ni, eləcə də hərbi sektor da daxil olmaqla iri dövlət şirkətlərini əhatə edir.
“Bu sanksiyalar Rusiyanı inflyasiyaya qədər aparacaq. Biz həmçinin Rusiya elitasının depozitlərini donduraraq onlara qarşı sanksiyalar tətbiq edirik ki, onlar artıq Avropada pul gizlədə bilməsinlər. Rusiya şirkətlərinə hərbi təyyarələrin satışı tamamilə qadağan edilir. Rusiyanın kommersiya təyyarələrinin dörddə üçü ABŞ, Avropa və Kanadada yığılan təyyarələrdir”, – Ursula von der Leyen bəyan etdi.