Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini 12 ay uzadıb
Avropa İttifaqı Rusiyaya qarşı qüvvədə olan sanksiyaların müddətini 12 ay uzadıb.
Ukrayna mediasının yazdığına görə, müharibənin başlanmasından bəri ilk dəfə olaraq Avropa İttifaqı liderləri sanksiyaların müddətinin altı ay deyil, 12 ay uzadılması təklifini dəstəkləyiblər.
Qərar liderlər tərəfindən Avropa Şurasının iclasında qəbul edilib.
“Ukrayna ilə bağlı müzakirələr başa çatıb. Avropa İttifaqı liderləri sammitin Ukrayna ilə bağlı yekun nəticələrini nəzərdən keçirib və Rusiyaya qarşı sanksiyaların 12 ay müddətinə uzadılması barədə qərar qəbul ediblər”, – deyə Avropa Şurası sədrinin mətbuat katibi Mariya Tomasik jurnalistlərə bildirib.
Məlumat üçün qeyd edək ki, Viktor Orbanin baş nazir olduğu dövrdə Macarıstan mütəmadi olaraq Avropa İttifaqının sanksiya və digər qərarlarını bloklayırdı. Bu vetolara çox vaxt Slovakiya da qoşulurdu.
Hazırda Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların 21-ci paketinin hazırlanması üzərində işləyir.