Avropa İttifaqı Rusiyanı Qazaxıstanın suverenliyinə hörmət etməyə çağırır
Avropa İttifaqı Rusiyanı Qazaxıstanın suverenliyinə hörmət etməyə çağırır. Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrel bildirib ki, Avropa İttifaqı xarici qoşunların Qazaxıstana daxil olmasını diqqətlə izləyir.
Onun sözlərinə görə, Avropa Komissiyası Rusiyanı Qazaxıstanın suverenliyinə hörmət etməyə çağırır.
“Zorakılığa son qoyulmalıdır. Biz bütün tərəfləri maksimum təmkinli olmağa və mövcud vəziyyətdən çıxış yolu tapmağa çağırırıq. Əlbəttə, Avropa İttifaqı dialoqu dəstəkləməyə hazırdır”, – Avropa Komissiyasının mətbuat katibi bildirib.