Avropa İttifaqı Rusiya üçün hava məkanını bağladı
Avropa İttifaqı Rusiya üçün hava məkanını bağladı

Avropa İttifaqı Rusiya üçün hava məkanını bağladı. Bu barədə Avropa Komissiyasının prezidenti, Ursula fon der Layen sosial şəbəkədə yazır.

“Biz Avropa İttifaqının hava məkanını Rusiyaya məxsus, Rusiyada qeydiyyata alınmış və ya Rusiyanın nəzarətində olan təyyarələr üçün bağlayırıq. Onlar oliqarxların şəxsi təyyarələri də daxil olmaqla, Avropa İttifaqının ərazisinə enə və üzərində uça bilməyəcəklər”, – Ursula von der Layen tvitterdə yazır.

Bundan başqa, onun dediyinə görə, Avropa İttifaqı Ukraynaya silah və texnikanın alınmasını və təchizatını maliyyələşdirəcək.

Ursula fon der Leyenin qeyd etdiyi kimi, Avropa İttifaqı Uraynalı qaçqınları qəbul edən təşkilatın şərq üzvlərinə yardım edəcək.

“Prezident Zelenskinin cəsarəti və Ukrayna xalqının möhkəmliyi bizi ruhlandırıcıdır. Putinin bombalarından xilas olmaq məcburiyyətində qalan hər kəsi əli açıq qarşılayırıq. Biz qaçqınlara sığınacaq və qayğı göstərməkdə Avropa Birliyinin şərq üzvlərini dəstəkləyirik”, – Ursula yazır.