Avropa İttifaqı Prokurorluğu Avropa İnvestisiya Bankının sabiq rəhbəri Verner Hoyerə qarşı istintaqa başlayıb
Avropa İttifaqı Prokurorluğu Avropa İnvestisiya Bankının sabiq rəhbəri Verner Hoyerə qarşı istintaqa başlayıb

Avropa İttifaqının Prokurorluğu Avropa İnvestisiya Bankının keçmiş rəhbəri Verner Hoyerə qarşı istintaqa başlayıb.

Agentliyin izah etdiyi kimi, iş ciddi maliyyə cinayətindən gedir.

İstintaq “korrupsiya və təsirdən sui-istifadə etməkdə, həmçinin, Avropa İttifaqı vəsaitlərinin qanunsuz xərclənməsi”ndə şübhəli bilinən iki şəxs barəsində aparılır.

Avropanın İnvestisiya Bankının sabiq rəhbəri Verner Hoyer hər hansı qeyri-qanuni hərəkəti rədd edir.

“Mənə qarşı irəli sürülən ittihamlar tamamilə absurd və əsassızdır. Gözləyirəm ki, tam araşdıracaqlar və aydınlıq gətirəcəklər. Mən Avropa İnvestisiya Bankından Avropa İttifaqı Prokurorluğu ilə tam əməkdaşlıq etməyi xahiş edirəm. Həmçinin, mən də Avropa İttifaqı Prokurorluğu ilə tam əməkdaşlıq edirəm və faktların tam aydınlaşdırılmasını tələb edirəm”, – Hoyer bildirib.