Avropa İttifaqı ölkələrinin səfirləri Levan Davitaşvili ilə görüşürlər
Avropa İttifaqı ölkələrinin səfirləri iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşürlər.
Görüşdə Fransa, Litva, İtaliya, Xorvatiya, Polşa və Çexiyanın səfirləri iştirak edirlər.
Aİ-nin Gürcüstandakı nümayəndəliyindən verilən məlumatda səfirlərin Rusiya ilə uçuşların bərpası ilə bağlı demarşı nazirə təhvil verəcəkləri deyilir.