Avropa İttifaqı Monitorinq Missiyasının rəhbəri - Avropa Komissiyası status vermir, qərar qəbul etmə prosesi 27 üzv dövlətin əlindədir, xahiş edirik bunu unutmayın
Avropa İttifaqında 27 üzv dövlət var və onların hər birinin qərar qəbul etmək üçün suveren rəyi var, onlar fərman vermirlər, – Avropa İttifaqının Monitorinq Missiyasının rəhbəri Dimitrios Karabalis bugünkü mətbuat konfransında jurnalistlərə bildirib.
Onun sözlərinə əsasən, Avropa Komissiyası üzvlüyə namizəd statusu vermir, 27 üzv dövlət sözügedən məsələ ilə bağlı qərar qəbul edir.
Namizəd statusunun münaqişələrin sülh yolu ilə həllində Gürcüstana kömək edib-etməməsi ilə bağlı suala Dimitrios Karabalis bildirib ki, münaqişənin həlli Avropa İttifaqının monitorinq missiyasından asılı deyil, baxmayaraq ki, missiya tərəflərin masa arxasında oturması üçün müvafiq mühit yaratmağa çalışır.
“Bildiyiniz kimi, altı bəndlik razılaşmaya əsasən, münaqişənin həlli Avropa İttifaqının monitorinq missiyasından asılı deyil, lakin biz münaqişənin həlli yolunda tərəflərin masa arxasına oturub həll yolu tapması məqsədilə müvafiq mühit yaratmaq üçün mümkün qədər sakit və sabit vəziyyəti qorumağa çalışırıq. Biz dialoq və həll yolu tapmaq üçün lazımi şərait yaratmağa çalışırıq. Ola bilər ki, həmkarlarım deyəcəklərimlə razılaşmasınlar, söhbət komissiyanın Gürcüstana status verib-verməməsindən gedir. Məncə, statusu verən komissiya deyil. Avropa İttifaqında 27 üzv dövlət var və onların hər birinin qərar qəbul etmək üçün suveren rəyi var, onlar fərman qəbul etmirlər. Ona görə də mən deyəndə ki, qərarın elan edilməsi prosesi 27 üzv dövlətin əlindədir, lütfən, bunu unutmayın”, – Dimitrios Karabalis bildirib.
Müəllif -
Mehemmed Bayramaliyev