Avropa İttifaqı ilə vizasız rejimdən istifadə edən ölkələrin vətəndaşları, səyahət üçün icazə almalı və yeddi avro ödəməli olacaqlar
Avropaya vizasız gedənə qədər, vizasız rejimdən istifadə edən ölkələrin vətəndaşları icazə almalı və yeddi avro ödəməli olacaqlar.
Müvafiq razılaşma Avropa Şurası və Avroparlament arasında bugün qoyuldu.
Eyni zamanda, Avrokomissiyada bəyan edirlər ki, əgər anketada verilən məlumat şübhəli olsa, yenidən yoxlanacaq.
Avropaya səyahət üçün icazə almağın maksimal müddəti 96 saat, yəni dörd gün olacaq.
İlk mərhələdə, Avropaya səyahət üçün icazə sadəcə gəmi və ya təyyarə ilə yolçuluq edənlərə lazım olacaq.
Sistemin qüvvəyə minməsindən sonra, yeni qayda beynəlxalq reyslər həyata keçirən avtobus şirkətlərinə də aid olacaq.
Avropaya səyahət üçün avtorizasiya və informasiya sistemi 2020-ci ildən qüvvəyə minəcək.