Avropa İttifaqı Gürcüstanda verilən Covid sertifikatını tanıyıb

16:26, 15.11.2021

Avropa İttifaqı Gürcüstanda verilmiş Covid sertifikatını tanıyıb, – bu barədə Gürcüstan hökuməti xəbər verir.

Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, müvafiq sənəd Komissiyanın saytında dərc olunub.

“Avropa Komissiyası Gürcüstan pasportlarının tanınması barədə qərar qəbul edib. Müvafiq sənəd komissiyanın saytında dərc olunub. Qərara əsasən, tam peyvənd kursu sertifikatı olan Gürcüstan vətəndaşları Aİ ərazisində hərəkət edə biləcəklər.

Vaksinasiya, testlər və Covid-dən sağalma ilə bağlı Gürcüstan tərəfindən verilən Covid Sertifikatı Avropa İttifaqı tərəfindən tanınır və Aİ daxilində insanların sərbəst hərəkətini təşviq etmək məqsədi daşıyan müvafiq Aİ tənzimləməsi tərəfindən verilmiş sertifikatlara bərabərdir. Avropa Komissiyasının qərarı dərc edilən kimi qüvvəyə minir və həmçinin Gürcüstanın Aİ-nin rəqəmsal birgə sertifikatlaşdırma sisteminə qoşulacağı qənaətinə gəlir”, – deyə XİN-in bəyanatında deyilir.

Oxşar