Avropa İttifaqı Gürcüstan hökuməti ilə yaxın əməkdaşlıq üçün hazır olduğunu bir daha təsdiq edir
Avropa İttifaqı Gürcüstan hökuməti ilə yaxın əməkdaşlıq üçün hazır olduğunu bir daha təsdiq etdi, ki Avropa İttifaqı-Gürcüstanın birgə ikitərəfli gündəmində sonrakı addımlar atılsın, – bu barədə Avropa İttifaqı-Gürcüstan Assosiasiyası Şurasının 4-cü görüşündən sonra birgə pres-relizdə deyilir.
Bununla yanaşı, pres-relizdə qeyd olunur ki, Avropa İttifaqı-Gürcüstan Assosiasiyası Şurası Gürcüstanda oktyabr və noyabrda keçirilmiş yerli özünüidarəetmə seçkilərində fundamental azadlğın müdafiə olunmasını alqışlayır. Hər iki tərəf seçkilərin təşkil edilməsinə aid olan zəmanətlərin nəzərə alınmasına xüsusi ilə qeyd etdilər.
Assosiasiyası Şurası konstitusiya islahatlarının qəbulunu alqışlayır. Avropa İttifaqı Gürcüstan hökuməti ilə yaxın əməkdaşlıq üçün hazır olduğunu bir daha təsdiq etdi, ki Avropa İttifaqı-Gürcüstanın birgə ikitərəfli gündəmində sonrakı addımlar atılsın. Tərəflər bir daha onların Avropa İttifaqı ilə Gürcüstanın daha dərin siyasi asososiasiyası və inteqrasiyası baxımından davamlı öhdəliyini bir daha təsdiq etdilər.
Assosiasiyası Şurası “Şərq partnyorluğunda” təsdiq olunan “20 2020-ci il üçün” sənədini alğışlayır. Qeyd olunan sənəd 2017-2020-ci illərin yeniləşdirilmiş gündəmini nəzərdə tutur.
Hər iki tərəf Gürcüstanın Avropa səylərini, Avropa seçimini və demokratik, sabit və uğurlu ölkənin qurulmasının davam etdirilməsi üçün ümumi məqsədlərini etiraf etdi.
Assosiasiyası Şurası Gürcüstanın məhkəmə bölməsində islahatların həyata keçirməsini alqışlayır. Tərəflər razılaşdılar ki, qalan çağırışlar üzərində işləməni davam etdirməli və nail olunmuş tərəqqini gücləndirməlidirlər.
Assosiasiyası Şurası həmçinin Gürcüstanın qısamüddətli səfərlər üçün vizasız rejimin effektli impementasiyasını alqışlayır. Gürcüstanı siyasətə qadınların daha da fəal qoşulmalıarına imkanların yaradılmasına çağırır.