Avropa İttifaqı - Gürcüstan Asosiasiya Razılaşmasına sadiq qalır, ancaq artan siyasi polyarizasiyayı neytrallaşdırsın və seçki və məhkəmə sistemindəki islahatlara hazır olduğunu bildirsin
Avropa İttifaqı - Gürcüstan Asosiasiya Razılaşmasına sadiq qalır, ancaq artan siyasi polyarizasiyayı neytrallaşdırsın və seçki və məhkəmə sistemindəki islahatlara hazır olduğunu bildirsin

Avropa İttifaqı Gürcüstan haqqında “Asosiasiya prosesinin həyata keçirilməsi haqqında” dördüncü hesabatını yaydı.

Hesabatın gürcü dilində tərcüməsi Avropa İttifaqının nümayəndəliyinin rəsmi veb-səhifəsindədir.

Hesabatda əsas diqqət islahatların tempinin qorunmasına və siyasi mühitin depolyarizasiyasının əhəmiyyətinə yetirilir.

Hesabatda deyilir ki, Gürcüstan Asosiasiya haqqında razılaşma çərçivəsində üzərinə götürdüyü öhdəliklərə sadiq qalır, ancaq vacibdir ki, artan siyasi polyarizasiyayı neytrallaşdırsın və seçki və həmçinin, məhkəmə sistemində həyata keçiriləcək islahatlara hazır olduğunu bildirsin.

Eyni zamanda, Avropa İttifaqının nümayəndəliyinin veb-səhifəsində yayılan materialda qeyd olunur ki, 2019-cu ilin mart periodunda keçirilən görüşlərdən sonra verilən qərarlara əsasən, Avrokomisiya tərəfindən hazırlanan hesabatlarda qeyd olunur ki, Gürcüstan Asosiasiya haqqında razılaşma çərçivəsində üzərinə götürdüyü öhdəliklərə sadiq qalır.