Avropa İttifaqı Aleksandr Lukaşenkoya qarşı sanksiyalar qoydu
Avropa İttifaqı Aleksandr Lukaşenkoya qarşı sanksiyalar qoydu

Avropa İttifaqı Belorusiya prezidenti Aleksandr Lukaşenkoya qarşı sanksiyalar qoydu.

Bu haqda məlumatı “Doiçe Velle” yayır.

Yayılan məlumata görə, Aleksandr Lukaşenko ilə bərabər, sanksiyalılar siyahısına belorusiyanın 15 yüksək rütbəlisi də daxil edilib.

Onların arasında istintaq komitəsini rəhbəri, Belorusiya prezidentinin administrasiyasının rəhbəri, mətbuat katibi və Aleksandr Lukaşenkonun oğlu da var.

Brüsseldə bəyan edirlər ki, Aleksandr Lukaşenko etiraz aksiyasının dinc iştirakçılarına qarşı dövlət aparatları tərəfindən həyata keçirilən repressiyalar üçün məsuliyyətlidir.

Sanksiyalar Avropa İttifaqı ərazisinə keçmək qadağanını və bank hesablarının dondurulmasını nəzərdə tutur.

Belorusiyada prezident seçkiləri avqustun 9-da keçirildi.

Ölkənin Mərkəzi Seçki Komisiyasının göstəricilərinə görə, seçkilərdə Aleksandr Lukaşenko qalib oldu.

Müxalifət isə, seçkilərin nəticələrini qəbul etmir.