Avropa Gənclər Olimpiya Festivalında bağlanış mərasimi keçirilib #1TVSPORT
Avropa Gənclər Olimpiya Festivalında bağlanış mərasimi keçirilib #1TVSPORT

Sloveniyanın Maribor şəhərində 17-ci Avropa Gənclər Olimpiya Festivalı təntənəli şəkildə bağlanıb.

Bağlanış mərasimində Gürcüstanın bayraqdarları Olimpiya Festivalının qızıl medalçıları Mate Qvelesiani və üzgüçü Anna Nijaradze olublar.

Bağlanış mərasimindən əvvəl “Ədalətli Oyun” mükafatlandırma mərasimi keçirilib. Xüsusi komissiya üzvlərinin yekdil qərarına əsasən, nümunəvi davranışa görə bu mükafat gürcü cüdoçusu, festival çempionu Mate Qvelesianiyə verilib. İdmançımız səhnəyə çağırıldı və Avropa Olimpiya tamaşaçılarının hüzurunda ona çox şərəfli mükafat təqdim olundu. 

Olimpiya Festivalında Gürcüstanın Olimpiya komandası 3 qızıl, 2 gümüş və 3 bürünc medal qazanaraq 48 ölkə arasında 14-cü yeri tutmuşdur.