Ozurqetidə aksiya keçirilir. Aksiyanın şüarı “Avropa evimizdir”. Aksiyada mülki fəalları və adi vətəndaşlar iştirak edirlər. İştirakçılar hökumətdən Avropa İttifaqının tövsiyələrinə əməl etməyi tələb edirlər. Onların fikrincə, mitinqin məqsədi Avropaya və hakimiyyətə düzgün yolda olduqlarını göstərməkdir.
“Bizə Avropa İttifaqına namizəd statusu vermədilər. Status xalqa yox, dövlətə verilir. Dövlətə ona görə vermədilər ki, onun müvafiq qanunvericilik institutları qaydasında deyil. Bu aksiyaların məqsədi hökuməti Avropa İttifaqının tövsiyələrinə əməl etməyə məcbur etməkdir ki, bizim, gürcü xalqının tələbidir, Avropa İttifaqının sülh düşərgəsinə qoşulaq”, – aksiya iştirakçısı, İrama Qordeladze bəyan etdi.
Məlum olduğu kimi, analoji məzmunlu aksiya sabah Batumidə də keçiriləcək. Ozurqetidə bu günki aksiyada Batumidə planlaşdırılmış aksiyanın təşkilatçıları da iştirak edirdilər.