Avropa Birliyinin sərhədləri birliyə üzv olmayan ölkələrin vətəndaşları üçün 30 gün müddətinə bağlanılacaq
Avropa Birliyinin sərhədləri birliyə üzv olmayan ölkələrin vətəndaşları üçün 30 gün müddətinə bağlanılacaq

Koronavirus pandemiyası səbəbi ilə ,avropalı liderlər Avropa Birliyinin xarici sərhədlərinin bağlanılması barədə razılığa gəliblər. Bu barədə Avropa Şurasının prezidenti, Şarl Mişel Avropa Birliyinin liderləri ilə keçirilən danışıqlardan sonra bildirib.

Avropa Birliyinin liderlərinin görüşləri video konfrans rejimində keçirilib. Avropa Birliyinin sərhədləri birliyə üzv olmayan ölkələrin vətəndaşları üçün 30 gün müddətinə bağlanılacaq. Uzunmüddətli yaşayış icazəsi olan sakinlər, Avropa Birliyi vətəndaşlarının ailə üzvləri, diplomatlar, səhiyyə işçiləri, Avropa Birliyinin ərazisində işləyən və sərhəd bölgələrində yaşayan insanlar, həmçinin yükdaşımalarını təmin edən insanlar istisna təşkil edəcəklər. Şarl Mişelin qeyd etdiyi kimi, sərhədlərin bağlanılması virusun dünya miqyasında yayılmasını məhdudlaşdıracaq.