Avrokomissiyanın prezidenti Avrokomissiyanın icraçı kollegiası və Polşa iqtidarı arasındaki münaqişəyi təsdiqlədi
Avrokomissiyanın prezidenti Jan-Klod Yunker etiraf edir ki, Avrokomissiyanın icraçı kollegiyası və Polşa iqtidarı arasında münaqişə baş verdi.
EUobserver-in məlumatına görə, söhbət məhkəmə islahatları ilə bağlı qanunvericilikdən gedir, hansı ki, Avropa İttifaqının standartlarına müvafiq deyil.
İcraçı kollegiya hesab edir ki, Polşa iqtidarı tərəfindən qəbul edilən 13 qanun, qanunun aliliyinin prinsiplərini pozur və icraçı iqtidara məhkəməyə nəzarət etmək imkanını verir.
Qeyd olunanlarla bağlı, Avrokomissiya Varşavaya dörd rekomendasiya göndərdi.
Bununla yanaşı, Avrokomissiya prosedur başlatdı, hansı ki, Avropa İttifaqının Şurasında Polşanın səs vermə imkanını əlindən almaqla başa çata bilər.
Ancaq, Jan-Klod Yunker qeyd edir ki, tərəflər yaranan problemləri həll etməyi planlaşdırırlar.