Avrokomisiya - Gürcüstan vizaliberalizasiya şərtlərini yerinə yetirir
Avrokomisiyanın dəyərləndirilməsinə görə, Gürcüstan vizaliberalizasiya şərtlərini və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir – bu barədə Avrokomisiyanın, arasında Gürcüstan da olan, səkkiz ölkə tərəfindən vizaliberalizasiya ilə bağlı razılaşmanın şərtlərinin nəzərə alınması ilə bağlı yaydığı bəyanatında deyilir.
Sənəddə deyilir ki, qeyri-leqal miqrasiya baxımından mövcud olan problemlərə və çağırışlara baxmayaraq, Gürcüstan vətəndaşlarının Avropa İttifaqı ərazisində qeyri-qanuni qalma faktları yox deyiləcək qədər azdır.
Eyni zamanda, sənəddə qeyd olunur ki, 2017-ci ildə, Gürcüstandan Avropada sığınacaq istəyən şəxslərin tələblərinin əksəriyyəti rədd edildi.