Avro-2024-ün kəşfi, Gürcüstan yığması Almaniyadan Tbilisiyə qayıtdı [Video] #1TVSPORT
Gürcüstanın futbol yığması Tbilisiyə qayıtdı. “Xaçlılar”, Avropa çempionatında təsirli çıxışı ilə dünyanın diqqətini özünə çəkən komanda iyulun 2-də səhər saat 9:15-də Almaniyadan Gürcüstana gəldi.
Yığmanı hava limanında çoxlu sayda azarkeş məhz Avro-2024-ün ilk günündən onları ruhlandıran eyni şüarlarla qarşıladı.
Aydındır ki, azarkeşlərin sayı ilə Almaniya yığması üstələyirdi, lakin Gürcüstanın hər oyununa on minlərlə azarkeş qatılırdı, bu da komandanın Avropa çempionatındakı çıxışına əlavə cazibədarlıq qatdı.
Futbolçular və məşqçilər isə yekdilliklə deyirlər ki, azarkeşlər olmadan belə nəticə əldə etmək çətin olardı. Nəticə isə çoxları üçün gözlənilməz oldu: Avropa çempionatının debütant komandası Türkiyə ilə gərgin mübarizədə ilk qarşılaşmada məğlub oldu (1:3), ikinci qarşılaşmanı Çexiya ilə heç-heçə bitirdi (1:1), qrup mərhələsinin son matçında isə Portuqaliyaya 2:0 hesabı ilə qalib gəldi. Bir çox ekspertlər “Xaçlılar”ın 1/8 finala yüksələcəyini gözləmirdi. Orada isə çempionatın əsas favoriti İspaniya ilə qarşılaşmada hesabı məhz gürcülər açdılar, lakin yekun olaraq 1:4 hesabı ilə məğlub oldular.
1/8 finala vəsiqə qazanılmasının çoxları üçün gözlənilməz nəticə olduğunu yazmışdıq, lakin Gürcüstan millisinin oyun tərzi və xarakteri nəticədən daha əsas amil idi. Məhz bu keyfiyyətlərinə görə bu komanda Avro-2024-ün kəşfi oldu – sürətli və təsirli əks-hücumlarla çempionatın görkəmli komandalarından birinə çevrildi, sona qədər ürəkdən mübarizə aparmaqla isə bütün dünyada çoxlu azarkeş qazandı.