Avro 2024 başlayandan bəri Almaniya polisi sərhəd yoxlamaları zamanı 600-dən çox adamı saxlayıb
Avro 2024 başlayandan bəri Almaniya polisi sərhəd yoxlamaları zamanı 600-dən çox adamı saxlayıb

Avro 2024 başlayandan bəri Almaniya polisi sərhəd yoxlamaları zamanı 600-dən çox adamı saxlayıb. Məlumatı Almaniya mətbuatı yayıb.

Almaniya polisinin rəhbərinin sözlərinə görə, beynəlxalq terrorizm, eləcə də sol və sağ ekstremizm kimi cinayətlərə görə sərhəd yoxlamasında 85-ə yaxın adam saxlanılıb.

Polis rəisinin sözlərinə görə, yalnız futbolla bağlı təhlükəsizlik tədbirlərini təmin etmək üçün hər gün 22.000 federal polis əməkdaşı çalışır.

Avro 2024 iyunun 14-də başlayıb və iyulun 14-də başa çatacaq. Almaniya sərhədlərində müvəqqəti yoxlamalar iyulun 19-dək davam edəcək.