Avlabaridə evin uçması nəticəsində 1 nəfər xəsarət alıb
Avlabaridə evin uçması nəticəsində 1 nəfər xəsarət alıb

Avlabaridə evin uçması nəticəsində 1 nəfər xəsarət alıb.

Fövqəladə Halların İdarəedilməsi Xidmətinin Gürcüstanın Birinci Kanalına verdiyi məlumat üzrə, hadisə səhər saatlarında baş verib.

Yaralı xəstəxanaya çatdırılıb. Mövcud məlumata görə, onun həyatı üçün təhlükə yoxdur.

Hadisə yerinə Fövqəladə Halların İdarəedilməsi Xidmətinin yanğın-xilasediciləri, patrul polisi və təcili tibbi yardım briqadaları səfərbər olunub.