Avlabari meydanında həyata keçirilən yenidənqurma işləri ilə əlaqədar olaraq nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq
Avlabari meydanında həyata keçirilən yenidənqurma işləri ilə əlaqədar olaraq nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq

 

Tbilisidə, Avlabari meydanında həyata keçirilən yenidənqurma işləri ilə əlaqədar olaraq, iyulun 30-dan nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Paytaxt meriyası tərəfindən verilmiş məlumatda, meydanda həyata keçirilən yenidənqurma işləri zamanı, Barataşvili yoxuşundan Ketevan Dedopali prospekti istiqamətində, avtomobillərin hərəkətinin Avlabari meydanından Tsurtsumia, Zurabaşvili və Lex Kaçinski küçələrindən istifadə etməklə, Tsurtsumia küçəsindən Ketevan Dedopali prospekti istiqamətində isə Telavi, Bochormi və Lex Kaçinski küçələrindən keçməklə mümkün olacağı deyilir.

“Bəhsi keçən işlərin görüldüyü müddət boyunca, ictimai nəqliyyat aşağıdakı marşrut üzrə hərəkət edəcək: N305, N309, N325, N333, N337 və N393 avtobuslar Barataşvili küçəsindən Ketevan Dedopali prospekti istiqamətində, Zviad Qamsaxurdia adına sahil, Qorqasalı küçəsi, 300 Araqveli körpüsü, Yalbuzi və Bochormi küçələrindən keçməklə hərəkət edəcəklər, bundan sonra da -N305, N309, N325, N333, N393 avtobuslar Lex Kaçinski küçəsindən Ketevan Dedopali prospektinə keçərək, təyin edilmiş sxem üzrə hərəkət edəcəklər. Mikroavtobuslar: N462, N472, N528, N534 və N540 Barataşvili küçəsindən Avlabari meydanı istiqamətində hərəkət edəcək, bundan sonra da Tsurtsumia, Zurabashvili və Lex Kaçinski küçələrindən keçərək Ketevan Dedopali prospektinə daxil olacaq və oradan “İsani” metrostansiyası istiqamətində, müəyyən edilmiş qrafikə uyğun olaraq hərəkət edəcəklər”-deyə meriyada bildirilib.