Aviasiya Şovidəki fəlakət zonasında fəaliyyətini bərpa edib. Birinci Kanalın jurnalisti bu barədə bölgədən məlumat yayıb.
Bundan əlavə, ərazidə xüsusi texnika da işlərini davam etdirir.
Şovidə xilasetmə işləri üçüncü gündür davam edir. Axtarış-xilasetmə işlərinə yanğınsöndürən-xilasedicilər, Daxili İşlər Nazirliyinin müxtəlif bölmələrinin əməkdaşları, eləcə də Gürcüstan Müdafiə Qüvvələri cəlb olunub.
İtkin düşənlərə gəlincə, mövcud məlumatlara əsasən, təbii fəlakət bölgəsində 25 nəfərin axtarışı davam etdirilir.
Ümumilikdə 210 nəfər təbii fəlakət bölgəsindən təhlükəsiz yerə təxliyə edilib.
Şovidə baş vermiş təbii fəlakətlə bağlı qaynar xətt fəaliyyət göstərir.
Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin səyyar qərargahı Oni Munisipalitetinin Qlola kəndində təşkil edilib.
Gürcüstanda 7 avqust matəm günü elan edilib.
Avqustun 3-də Şovidə sürüşmə baş verib. Hazırda mövcud olan rəsmi məlumata görə, təbii fəlakət nəticəsində 11 nəfər həlak olub.