Aviaşirkətlər və dəmir yolu operatorları planlaşdırılmış reysləri ləğv edib, evakuasiya əmrləri verilib
Aviaşirkətlər və dəmir yolu operatorları planlaşdırılmış reysləri ləğv edib, evakuasiya əmrləri verilib

Yaponiyada “Şanşan” qasırğasının yaxınlaşması ilə əlaqədar aviaşirkətlər və dəmir yolu operatorları planlı reysləri ləğv edib, vətəndaşlara təxliyə göstərişi verilib. Bu barədə “Reuters” məlumat yayıb.

Medianın məlumatına görə, “Toyota” Yaponiyadakı 14 fabrikin hamısının işini dayandırıb.

“Güclü külək və dəniz səviyyəsinin görünməmiş yüksəlməsi gözlənildiyi üçün həddindən artıq ehtiyatlı olmaq lazımdır”. – bu barədə Yaponiya Meteorologiya Agentliyinin bəyanatında deyilir.

Şanşanın yaxın günlərdə Yaponiyanın cənub-qərbindəki Kyushu adasını vuracağı və həftə sonuna qədər paytaxt Tokio da daxil olmaqla mərkəzi və şərq bölgələrinə yaxınlaşacağı gözlənilir.

Səlahiyyətlilər Kyushu ətrafındakı rayonlardan 800 mindən çox sakinin təxliyəsi barədə göstəriş verib.