Avqustun 31-i Xarkovda matəm günü elan edilib
Avqustun 31-i Xarkovda matəm günü elan edilib

Rusiyanın Xarkovda həyata keçirdiyi hücum nəticəsində avqustun 31-i matəm günü elan edilib.

Bu barədə şəhərin meri İqor Terexov məlumat verib.

Merin sözlərinə görə, hücumda ölənlərin sayı 6-ya çatıb.

Qurbanlar arasında uşaq meydançasında vurulması nəticəsində dünyasını dəyişən 14 yaşlı yeniyetmə də var. 22-si uşaq olmaqla 80 mülki şəxs yaralanıb.

Məlumat üçün bildirək ki, ötən gecə işğalçı qüvvələr Xarkovu Belqorod rayonundan 5 dəfə bombalayıb, bombalardan biri 12 mərtəbəli yaşayış binasına düşüb.