Avqustun 30-da Qori və Çakvi-Maxincauri avtomobil tunellərində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq
Avqustun 30-da Qori və Çakvi-Maxincauri avtomobil tunellərində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq

 

Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları İdarəsi tərəfindən verilən məlumata əsasən, profilaktik işlərin aparılması məqsədilə, beynəlxalq əhəmiyyətli Senaki-Poti -Sarpi avtomobil yolunun 92-ci km-də Çakvi-Maxincauri avtomobil tunelində, avqustun 30-da saat 03:00-dan saat 06:00-dək tunelin Kobuleti-Batumi istiqamətində bütün növ nəqliyyat vasitələrinin hərəkəti qadağan edilir. Qeyd olunan müddət ərzində nəqliyyatın hərəkəti tunelin Batumi-Kobuleti istiqamətinə keçiriləcək.

Həmçinin, profilaktiki işlərin aparılması məqsədilə, beynəlxalq əhəmiyyətli Tbilisi-Senaki-Leselidze avtomobil yolunun 88-ci kilometrində yerləşən Qori avtomobil tunelində, 2022-ci ilin avqustun 30-da saat 00:00-dan 03:00-dək tunelin Senaki-Tbilisi hissəsində, 03:00-dan 06:00-dək tunelin Tbilisi-Senaki istiqamətlərində bütün növ avtomobillərin hərəkəti qadağan edilir.

Avtomobil tunelinin Senaki-Tbilisi istiqamətinin bağlanması müddətində nəqliyyatın axını daxili dövlət əhəmiyyətli Qori tunellərinə daxil olan avtomobil yoluna keçəcək.

Avtomobil tunelinin Tbilisi-Senaki istiqamətinin bağlanması müddətində nəqliyyat axını tunelin Senaki-Tbilisi istiqamətinə və Senaki-Tbilisi istiqaməti daxili dövlət əhəmiyyətli Qori tunellərinə daxil olan avtomobil yoluna keçiriləcək.