Avqustun 22-nə olan vəziyyətə görə Gürcüstandan 20,3 min ton şaftalı və nektarin ixrac edilib
Avqustun 22-nə olan vəziyyətə görə Gürcüstandan 20,3 min ton şaftalı və nektarin ixrac edilib

2023-cü ilin mayın 1-dən 22 avqust 2023-cü ilədək Gürcüstandan 20,3 min ton şaftalı və nektarin ixrac edilib.

Məlumatı Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi yayıb.

Onların hesabatlarına görə, ixracın dəyəri 22,4 milyon ABŞ dolları təşkil edib. Hesabat dövründə şaftalı və nektarinin orta ixrac qiyməti 1 kiloqram üçün 1,10 dollar təşkil edib.