Avqustun 10-dan küçədə ticarət edən vətəndaşlar öz məhsullarını sədəcə xüsusi ticarət yerlərində sata biləcəklər
Avqustun 10-dan, küçədə məhsul satıcılığı ilə məşğul olan vətəndaşlar Tbilisinin 10 rayonunda xüsusi ilə ticarət üçün ayrılan yerlərdə sata biləcəklər.
Bu barədə bəyanat Tbilisinin paytaxt iclasında verildi.
Paytaxt merinin dediyinə görə, ticarətçilər öz məhsullarını komfortlu şəkildə düzülən daxıllarda, qeydiyyatdan keçdikdən sonra sata biləcəklər.
“İnsanlar ağır yaşam şəritinə görə, metroların yanında durub, məhsul satmalı olurlar. Bundan sonra onlara artıq satış üçün komfortlu yerlər veriləcək, çünki küçə ticarəti şəhər üçün həqiqətən ciddi problemdir” – dedi Kaxa Kaladze.
Paytaxt neri öz müavininə tapşırdı ki, əhali ilə maksimal komunikasiyada olsun ki, onlara qeydiyyatdan keçməyə yardım edilsin.