2008-ci ilin avqust müharibəsindən 15 il keçir. Ölkə ərazi bütövlüyü uğrunda həlak olan qəhrəmanların xatirəsini yad edir.
Həlak olmuş 411 nəfər, məcburi köçkünə çevrilmiş 130 minə qədər insan, dağılmış kəndlər , bombalanmış Qori və strateji obyektlər, ölkə ərazilərinin 20 faizinin işğalı – bu, beş günlük hərbi əməliyyatların nəticəsidir.
2008-ci ilin avqustun 7-də separatçılar gürcü kəndlərini intensiv şəkildə bombalamağa başladılar, buna cavab atəşi açıldı və avqustun 8-də isə Rusiya ordusunun müdaxiləsi ilə müşaiyət olundu.
Müharibənin 15-ci ildönümündə ölkədə sürünən işğal davam edir. Tikanlı məftillərlə və süni maneələrlə bölünmüş kəndlər, vətəndaşların tez-tez əsir götürülməsi, hərəkət və tibbi yardım almaq hüququndan məhrum edilməsi – işğal xəttinə yaxın reallıq belədir.
Çoxsaylı beynəlxalq müraciətlərə baxmayaraq, Rusiya Avropa İttifaqının vasitəçiliyi ilə imzalanmış altı bəndlik sazişi hələ də yerinə yetirməyib. Moskva Strasburq Məhkəməsinin Rusiyanı Gürcüstanın işğal olunmuş ərazilərinə effektiv nəzarət edən və bütün pozulmuş hüquqlara görə ona məsuliyyət yükləyən tarixi qərarına da məhəl qoymur.