“Aversi” klinikasından məhbusların qaçması işi üzrə saxlanılmış müşaiyətçinin barəsində həbs qətimkan tədbiri seçilib
“Aversi” klinikasından məhbusların qaçması işi üzrə saxlanılmış müşaiyətçi qrupun üzvü Revaz İasaşvili barəsində həbs qətimkan tədbiri seçilib.
İttihamçı tərəf İasaşvili barəsində həbs cəzası istəyib, hakim bunu təmin edib. Prokurorun qeyd etdiyi kimi, İasaşvili bir neçə məhbusu təhlillər üçün “Aversi” klinikasına apardıqdan sonra müşaiyətçi (eskort) avtomobilinin kamerasının qapısını açarla bağlamayıb və açarı müşaiyətçi qrupun rəhbərinə verməyib, bundan sonra üç məhbus qapının kilidini açaraq müşaiyətçi avtomobildən qaça bilib. Vəkil ittihamçı tərəfin vəsatəti ilə razılaşmayaraq təqsirləndirilən şəxsin barəsində girov qərarının çıxarılmasını istəyib.
Bundan əlavə, təqsirləndirilən şəxsin Revaz İasaşvilinin özünün məhkəmə prosesində dediyi kimi, o, təqdim edilmiş ittiham üzrə özünü təqsirli bilir.
Gürcüstan Cinayət Məcəlləsinin 342-ci əlavə maddəsinin birinci hissəsi (xüsusi penitensiar xidmətin əməkdaşı tərəfindən işdə təyin edilmiş qaydanın səhlənkar yanaşma səbəbilə yerinə yetirilməməsi, nəticədə daşınma zamanı məhkumların qaçması) ilə saxlanılmış müşayiətçi qrupun üzvü barəsində ittiham irəli sürülüb.
Bu iş üzrə növbəti proses dekabrın 28-i, saat 14:00-da keçiriləcək.