“Aversi” klinikasından məhbusların qaçması işi üzrə müşayiətçi qrupun daha bir üzvü saxlanılıb
“Aversi” klinikasından məhbusların qaçması işi üzrə müşayiətçi qrupun daha bir üzvü saxlanılıb.
Saxlanılmış müşayiətçinin məhkəmə prosesi bu gün keçiriləcək və Tbilisi Şəhər Məhkəməsi qətimkan tədbirinin görülməsini müzakirə edəcək.
Saxlanılmış müşayiətçinin vəkilinin dediyi kimi, Gürcüstan Cinayət Məcəlləsinin 342-ci əlavə maddəsinin birinci hissəsi (xüsusi penitensiar xidmətin əməkdaşı tərəfindən işdə təyin edilmiş qaydanın səhlənkar yanaşma səbəbilə yerinə yetirilməməsi, nəticədə daşınma zamanı məhkumların qaçması) ilə onun barəsində ittiham irəli sürülüb.
Noyabrın 1-də “Aversi” klinikasının ərazisindən üç məhbus qaçıb. Noyabrın 2-də məhbusların qaçması ilə əlaqədar müşaiyətçi qrupun rəhbəri saxlanılıb.