"Aversi" klinikasından qaçan hər üç məhbus saxlanılıb
"Aversi" klinikasından qaçan hər üç məhbus saxlanılıb

 
Hər üç cinayətkar saxlanılıb – bu barədə Gürcüstanın ədliyyə naziri sosial şəbəkədə yazır.

Rati Breqadzenin qeyd etdiyi kimi, Daxili İşlər Nazirliyi ilə sıx koordinasiya şəraitində axtarış tədbirləri uğurla başa çatıb.

“Dostum, hörmətli daxili işlər naziri Vaxtanq Qomelauriyə böyük dəstəyə görə təşəkkür edirəm. Polislə birlikdə bütün lazımi tədbirləri yüksək peşəkarlıqla həyata keçirən, vətəndaşlarımızın təhlükəsizliyini qoruyan əməkdaşlarımıza minnətdarıq. Bizə uğurlar arzulayan hər kəsə təşəkkür edirik.

Günahkarlar müvafiq şəkildə cəzalandırılacaqlar. Bu yarımçıq 24 saatlıq tarix Gürcüstanın təhlükəsizliyinin təmin edilməsinə və insan hüquqlarının qorunmasına yönəlmiş hüquq-mühafizə sisteminə qarşı qeyri-qanuni addımlar atmağı düşünən hər kəs üçün dərs olmalıdır”-deyə Rati Breqadze yazır.

Dünən “Aversi” klinikasından 3 məhbus qaçıb.