"Aversi" klinikasından qaçan 3 məhbusdan biri saxlanılıb
"Aversi" klinikasından qaçan 3 məhbusdan biri saxlanılıb

 
“Aversi” klinikasından dünən qaçan 3 məhbusdan biri saxlanılıb.

Bu barədə məlumatı Gürcüstanın Birinci Kanalına Ədliyyə Nazirliyində təsdiqləyiblər.

Ədliyyə Nazirliyində məhbusun harada və hansı şəraitdə saxlanılmasının təfərrüatları barədə danışmırlar.

Üç məhkumun qaçması faktı ilə bağlı Ədliyyə Nazirliyinin Baş Müfəttişliyi Cinayət Məcəlləsinin 379-cu maddəsinin 2-ci hissəsinin “A” yarım bəndi ilə istintaq başladıb.