Atskuri-Vale yolunda nəqliyyatın hərəkəti sərbəstdir, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti məlumat yayır.
“Təmizləmə işləri nəticəsində beynəlxalq əhəmiyyətli Xaşuri-Axaltsixe-Vale avtomobil yolunun 75-97 km-lik (Atskuri-Vale) hissəsində qoşqulu, yarımqoşqulu və 22-dən çox oturacağı olan (sürücü oturacağı istisna olmaqla) sərnişinlərin daşınması üçün nəzərdə tutulmuş M3 kateqoriyalı avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib” , – bu barədə Avtomobil Yolları Departamentinin məlumatında deyilir.
Müəllif -
Mehemmed Bayramaliyev