ATƏT-in daimi şurasında müxtəlif ölkələrin nümayəndə heyyətləri Gürcüstana dəstək bəyanatları verdilər
ATƏT-in daimi şurasında Avropa İttifaqının, ABŞ-ın, İsveçrənin, Türkiyənin, Ukraynanın, Azərbaycanın, Ermənistanın nümayəndə heyyətləri Gürcüstana dəstək bəyanatları verdilər.
Bu barədə bəyanatı Gürcüstanın Xarici İşlər Nazirliyi yayır.
Nazirliyin məlumatına görə, Avropa İttifaqının adı ilə, verilən bəyanatlara Albaniya, Bosniya, Herseqovina, İslandiya, Makedoniya, Moldova və digər ölkələr qoşudular.
Nümayəndə heyyətləri bir mənalı şəkildə, Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini, münaqişələrinin sülh yolu ilə tənzimlənməsini və Gürcüstan hökümətinin bu istiqamətdə irəli sürdüyü təşəbbüsünü dəstəklədilər.
ABŞ nümayəndəsi qeyd etdi ki, on ildir Rusiya, alternativ reallıq yaratmağa çalışır və qonşu suveren ölkənin işğalına davam edir və işğal olunmuş ərazilərdə yaşayan əhali ilə Gürcüstan hökümətinin əlaqə yaratmasına mane olur.
ABŞ yenə bir dəfə Rusiyaya müraciət etdi ki, öz hərbi qüvvələrini Gürcüstanın işğal edilmiş ərazilərindən çıxardsın və işğal edilmiş ərazilərin müstəqil hökümətlər olaraq elanını ləğv etsin.
İtaliya sədrinin təşəbbüsü ilə isə, ATƏT-in daimi şurasında Gürcüstan məsələsi müzakirə olunacaq.