Atış poliqonlarından birində partlayışın baş verdiyi Boçormi küçəsindəki vəziyyət
Atış poliqonlarından birində partlayışın baş verdiyi Boçormi küçəsindəki vəziyyət

Tbilisidə, Boçormi küçəsində, atış poliqonlarından birində partlayış baş verib, indiyədək yanğınsöndürmə-xilasedici qrupları səfərbər edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir, ərazi sarı lentlə əhatə olunub.

Daxili İşlər Nazirliyinin məlumatına görə, “Battleground” mağazasının atış poliqonunda baş vermiş partlayış nəticəsində 2 nəfər həalk olub, 4 nəfər yaralanıb, onlar təcili tibbi yardım briqadaları tərəfindən müxtəlif xəstəxanalara aparılıblar.