ATƏT Minsk qrupunun həmsədrləri - İlham Əliyevə və Nikol Paşinyana müraciət edirik ki, atəşkəs razılaşmasının öhdəliklərini yerinə yetirsinlər
ATƏT Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat yayırlar.
“Həmsədrlər böyük narahatçılıqla qeyd edirlər ki, Dağlıq Qarabağ münaqişəsində zorakılıq davam edir. Həmsdərlər Azərbaycan prezidenti İlham Əliyevə və Ermənistanın baş naziri Nikol Paşinyana müraciət edirlər ki, oktyabrın 10-da Moskvada qoyulan razılaşmaya müvafiq olaraq, tərəflərin üzərinə götürdükləri öhdəliklər yerinə yetirilsin və region üçün katastrofik nəticələrin olmasası üçün gərəkənlər edilsin.
Həmsədrlər bəyan edirlər ki, hər iki tərəfdən də insan qurbanlarının olmasına yol verilməməlidir. Həmsədrlər tərəflərə müraciət edirlər ki, humanitar məqsədlə atəşi dayandırsınlar ki, əsirlərin dəyişdirilməsi və həlak olan əsgərlərin cəsədlərinin qaytarılması mümkün olsun.
Ermənistanın Xarici İşlər Naziri Zohrab Mnatsakanyan və Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramovla görüşdən sonra, həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin əsas məsələləri üzrə işləyirlər, ki, münaqişə danışıqlar yolu ilə həll olunsun” – deyilir ATƏT-in veb-səhifəsində yayılan bəyanatda.